Martino: “Barselona” üçün sadəcə qalib gəlmək azdı
25.11.2013 - 23:44
Martino: “Barselona” üçün sadəcə qalib gəlmək azdı
“Barselona”nın baş məşqçisi Xerardo Martino “Ayaks”la keçiriləcək Çempionlar Liqası oyunu öncəsi maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Hollandiyada keçirilən mətbuat konfransında danışan argentinalı mütəxəssis Kataloniya klubu üçün qalib gəlməyin az olduğunu deyib:

“Biz qalib gəlmək istəyirik. “Barselona” həm evdə, həm də səfərdə bunu arzulayır. Bizim üçün sadəcə qalib gəlmək azdır. Çalışmalıyıq ki, daha yaxşı, daha gözəl oyun nümayiş etdirək”.

Qeyd edək ki, “Ayaks” – “Barselona” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.