İşarəni dənizdən yox, Dənizlidən gözləyin!
26.11.2013 - 11:38
“Xəzər Lənkəran”a Duqlas Leyte kimi “dünya çapında” qapıçı gətirən Mario Souza yaxınlarda Joze Mourinyo ilə görüşüb. Fürsət düşmüşkən, “ağ-yaşıllar”ın formasını imza atması üçün portuqaliyalının qabağına sərib. Düz edib, sözüm onda yox, klubu tanıtmaq lazımıdır. Ancaq braziliyalı söhbət əsnasında “Xəzər Lənkəran” “Qafqazın “Çelsi”sidir” söyləməklə, bir qədər risk edib. Olmayaydı elə, olaydı belə: Mourinyo bu komandanın nə kimi uğurlara imza atdığını, hansı cəbhələrdə döyüşdüyünü xəbər alardı...
“Xəzər Lənkəran”ın beynəlxalq arenada nəinki ciddi, heç yan-yörəsi bəzədiləcək xırda uğurlara da imza atmamağı hər kəsə məlumudur. Bu klubu böyük edən nəticələr yox, onun azarkeşləridir. Cənub təmsilçisini Premyer Liqadakı rəqiblərindən fərqləndirən amil tribunaları dolduran, komanda üçün ürəyi yanan insanlardır. Bu mənada “ağ-yaşıllar”ı “Çelsi”yə də bənzətmək olar, başqa top-klublarla da.
Zira, nəticə olmadan insanların davamlı tribunaları doldurması mümkünsüzdür. Məğlubiyyətlər ard-arda düzüldükcə, yolunu stadiondan salmayanları sayı durmadan artmalıdır – bu, hər yerdə belədir. Con Toşak kimi tanınmış bir sima bu axının qarşısını almağı bacarmadığı üçün getdi. Bazarda insanlara qarışıb çay içməklə, velosiped sürüb, sadə görünməklə olmur bu işlər. Ciddi heç nəyə nail olmayan, başı daha çox xaricdən vaqonla oyunçu gətirib, yola salmağa qarışan, buna rəğmən, cənubluların rəğbətini itirməyən bircə Mirça Redniki görmüşəm. Onun isə hansı səbəbdən bu qədər sevildiyini hələ də anlamış deyiləm. Tək bildiyim Rednikin göründüyü, özünü təqdim etdiyi kimi birisi olmamağıdır.
Adı tez-tez gündəmə gəlsə də, Rednik köhnə mövzudur. Ancaq beynimizi Mustafa Dənizli ilə məşğul etmədən öncə bir məqama toxunmaq istəyirəm. Belə bir fikir var ki, “Xəzər Lənkəran”ın problem baş məşqçilərdə yox, onları gətirənlərdədir. Razılaşmıram!
Bəli, məsələn, Karles Bakes kimi təsadüfi birisinin və ya “Bakı” ilə kubok qazanan, əsas ixtisası aşağı yaş qrupları üzrə koordinator olan Cüneyt Biçərin baş məşqçi postuna əyləşdirilməsi yanlış seçim idi. Ancaq bu, hər bir klubun başına gələn işdir. Həmin o “Çelsi” Çempionlar Liqasını qazansın deyə, Roman Abramoviç kimləri gətirmədi? Axırda Roberto di Matteo – məşqçi kimi heç nəyə nail olmayan biri tapşırığın öhdəsindən gəldi.
Məsələnin digər tərəfi Con Toşakın, eləcə də, Yunis Hüseynovun uğursuz seçim olmamaqlarıdır. Birincinin istər futbolçu, istərsə də məşqçi kimi sanballı karyerası var. Madrid “Real”ını, “Beşiktaş”ı, bir sıra yığmaları çalışdıran və Azərbaycana gəlməyə razı olan adamdan kim imtina edər? Və ya Hüseynovu götürək. Məgər onun təyinatını ən çox futbol ictimaiyyəti və mətbuat istəmirdimi? Seçim doğru idi, onlar etimadı doğrultmadılar. Rəhbərlik baş məşqçiləri gəl burda papağını günə ver, həm bizi, həm də özünü zərbə altına qoy deyə, çağırmır ki...
Məsələn, Toşak gələndə, onun əlaqələrindən, təcrübəsindən istifadə edib, “Xəzər Lənkəran”a yaxşı legionerlər qazandıracağını düşünürdüm. Amma gətirdiyi futbolçular əvəzedici heyətdə çıxış edənlərdən heç nə ilə fərqlənmirlər. Uelslinin timsalında komandanı vəziyyətdən çıxarmağa cəhd belə göstərməyən bir adam görüntüsü vardı.
Mustafa Dənizli ilə Con Toşakın karyerasında bir bənzərlik var – hər ikisi enən xətlə addımlayır. Lakin fərqli mentalitetə mənsub olmaları öz yerində, türkiyəli dilimizdən, dinimizdən anlayan birisidir. Yəni, nə biz ona yadıq, nə də o bizə.
Dənizli nə Rasim Karadır, nə Bülənt Korkmaz, nə Fatih Kavlak, nə də Cünyet Biçər. Mənə görə, Fatih Terim və Şenol Günəşlə birgə türk futbolunun yetişdirdiyi 3 böyük məşqçidən biridir. Son olaraq, Türkiyənin I divizionunda çıxış edən “Çaykur Rizəspor”u çempion edib, Superliqaya çıxardıb. Lakin “Xəzər Lənkəran”da işi elə də asan deyil, problemlərin xirtdəkdən olduğu kluba gəlir.
Öncə Toşakın etmədiyi işin qulpundan yapışmalıdır: “təmizləmə əməliyyatı” son dərəcədə zəruridir. Hazırkı heyətdə “Xəzər Lənkəran”ın, özünü iddialı sayan bir klubun formasını geyinməyə maksimim 3 futbolçu layiqdir. Deyək, 2-3 nəfəri də “perspektivlidir” adı ilə saxlamaq olar. Qalanları, xüsusən də, İÇKİ DÜŞKÜNLƏRİ getməlidir!
“Xəzər Lənkəran” Uniston Parks, Junior Osvaldo, Denis Silva, Mario Souza, Julius Vobay, İvan Svetkov kimi legionerləri gətirən bir klubdur. Bunu yenə də etmək olar. Mustafa bəy kimi bir məşqçinin əlaqələri, təcrübəsi ilə daha da yaxşılarını tapmaq mümkündür. Uzun-uzadı nəsə yazmağa da gərək yoxdur. Adam nə etmək lazım olduğunu bizdən də yaxşı bilir. Yetər ki, etsin. Rəhbərliyin və azarkeşlərin də tək istəyi uğurlu nəticədir.
Fikrimcə, türkiyəli çalışdırıcının Lənkərana hansı amalla, hansı əhval-ruhiyyə ilə gəldiyini qış fasiləsində görəcəyik. Toplanış dönəmi onun Azərbaycandakı karyerasında həlledici olacaq.
Bakesi, Biçəri, Toşakı gətirən gəmilərin qədəmləri uğurlu olmadı. Bu dəfə işarəni dənizdən yox, Dənizlidən gözləyin!
ŞAMO

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0