Berti Foqtsun ən dəyərli fiqurları
26.11.2013 - 14:01
Berti Foqtsun ən dəyərli fiqurları
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun AFFA ilə müqaviləsi başa çatmaq üzrədi. Hələlik bu postda qalıb-qalmayacağı bəlli olmayan almaniyalı mütəxəssis 3 seçmə tsikldə başçılıq etdiyi yığmamızı 6 il ərzində 64 matça çıxarıb.

Apasport.az saytı Foqtsun “64 xanalıq lövhəsindəki ən dəyərli fiqurları” müəyyənləşdirib. 2008-ci ildən yığmamıza rəhbərlik edən mütəxəssis bu müddətdə keçirilən qarşılaşmalarda ümumilikdə 71 futbolçuya güvənib. Foqtsun sevimlisi isə Mahir Şükürovdur. Universal cinah oyunçusu 64 matçın 50-də almaniyalının etimadını qazanıb. Millinin əsas kapitanı Rəşad Sadıqov və “1 nömrəsi” Kamran Ağayev müvafiq olaraq, 46 və 45 oyun keçirməklə, ilk “üçlük”də yer alıb.

Foqts 6 il ərzində millidə böyük islahatlar aparıb. Almaniyalı özündən əvvəlki məşqçilərin güvəndiyi simalardan yalnız 30-na bel bağlayıb. Digər 41 futbolçu isə məhz onun rəhbərliyi altında debüt edib. Onun yığmaya gətirdiyi ən böyük ad – Kamran Ağayevdir. Foqtsun debüt şansı verdiyi qapıçı millimizin “1 nömrə”sinə çevrilib və debütantlar arasında ən çox oyun keçirəndir. Almaniyalının milli üçün kəşf etdiklərindən Cavid Hüseynovla Ruslan Abışov hərəyə 38, Rauf Əliyev 36 matça çıxıb.

Bundestimin sabiq baş məşqçisinin Azərbaycanda güvəndiyi 71 oyunçudan 26-sı milliləşən legionerlərdir. Onlar arasında ən çox oyun keçirən Aleksandr Çertoqanovdur – 37 matç. İlk “üçlük”də yer alan Vladimir Levinin 28, Branimir Subaşiçin 25 oyunu var.

Foqts 6 il ərzində 16 milliləşən legionerin debütünə imkan yaradıb. Belələri arasında rekordçu Levindir – 28 oyun.

Onun rəhbərliyi altında millimizin ən məhsuldar oyunçusu Vaqif Cavadovdur. Foqts 8 dəfə onu ayaq üstə alqışlayıb. Rauf Əliyevlə Elvin Məmmədov isə bunu hərəyə 7 dəfə bacarıb.

futbolçu
oyun
qol
1
Mahir Şükürov
50
4
2
Rəşad Sadıqov
46
1
3
Kamran Ağayev
45*
-64
4
Vaqif Cavadov
40
8
5
Cavid Hüseynov
38*
1
6
Vüqar Nadirov
38
3
7
Ruslan Abışov
38*
4
8
Aleksandr Çertoqanov*
37
0
9
Rauf Əliyev
36*
7
10
Elnur Allahverdiyev
33
0
11
Elvin Məmmədov
32*
7
12
Rahid Əmirquliyev
32
1
13
Rail Məlikov
30
0
14
Vladimir Levin*
28*
0
15
Samir Abasov
26
0
16
Branimir Subaşiç*
25
3
17
Maksim Medvedev
25*
0
18
Saşa Yunisoğlu
23
0
19
Rəşad Sadiqov
20
0
20
Əfran İsmayılov
18*
1
21
Fabio Luis Ramim*
16*
4
22
Cihan Özkara*
15*
1
23
Vurğun Hüseynov
14*
0
24
Elmar Baxşıyev
13
0
25
Ufuk Budak*
13*
0
26
Fərhad Vəliyev
12
-17
27
Zeynal Zeynalov
12
1
28
Rasim Ramaldanov
12*
0
29
Bədavi Hüseynov*
10*
0
30
Əli Gökdəmir*
10*
0
31
Rüfət Dadaşov*
10*
4
32
Aqil Nəbiyev
9*
0
33
Leandro Melino Qomeş*
9
0
34
Araz Abdullayev
8*
0
35
Daniel Axtyamov*
7
0
36
Fərid Quliyev
7*
1
37
Qara Qarayev
7*
0
38
Usim Nduka*
6
0
39
Ernani Pereira*
5
0
40
Səlahət Ağayev
5*
-1
41
Arif İsayev
5*
0
42
Pərdis Fərcad-Azad*
5*
0
43
Tural Cəlilov
4*
0
44
Murad Hüseynov*
4*
1
45
Mahmud Qurbanov
3
0
46
Nodar Məmmədov
3
0
47
Ruslan Əmircanov
3*
0
48
Cəmşid Məhərrəmov
3
0
49
Amit Quluzadə
3*
0
50
Elşən Məmmədov
3
0
51
Nizami Hacıyev
3*
1
52
Rizvan Umarov*
3*
0
53
Vüqar Əsgərov*
3*
0
54
Anar Nəzirov
3*
-2
55
Anatoli Ponomaryev
2
0
56
Elvin Əliyev
2
0
57
Rauf Mehdiyev
2
-2
58
Xaqani Məmmədov
2
0
59
Zaur Ramazanov
2
0
60
Andrey Popoviç*
2*
-2
61
Arif Daşdəmirov*
2*
0
62
Hacı Əhmədov
2*
0
63
Emin Cəfərquliyev
1*
0
64
Emin Quliyev
1
0
65
İlqar Qurbanov
1
0
66
Murad Ağayev*
1*
0
67
Uğur Pamuk*
1*
0
68
Elhad Nəziri
1*
0
69
Cavid İmamverdiyev
1*
0
70
Eşqin Quliyev
1*
0
71
İltər Taşkın*
1*
0

Qeyd: Futbolçu sütununda “*” işarəsi milliləşən legionerləri, oyun sütununda “*” işarəsi Foqtsun vaxtında debüt edənləri göstərir.