“Azərbaycan Avropada nüfuzunu xeyli artırıb” - MÜSAHİBƏ
26.11.2013 - 14:30
Açıq Əyləncəli Futbol Məktəblərinin MDB ölkələri üzrə koordinatoru Valeri Çolariya Bakıya gəlib. O, apasport.az saytına müsahibəsində ölkəmizə səfərinin məqsədini açıqlayıb.
- Azərbaycana gəlişinizin səbəbi nədir?
- Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin 15, Azərbaycan və Gürcüstanda isə 10 yaşı tamam olur. Bu isə qarşımızda yenə məqsədlər qoyulmasına zəmin yaradır. Məhz buna görə də Gürcüstanda uşaq cinayətlərinin qarşısının alınması və profilaktikası adlı pilot layihəsi həyata keçirilməsinə start verilib. Bunun təşəbbüskarı Avropa Şurasıdır. Gürcüstan və Azərbaycanda həmişə paralel işlər görülüb. Üç gün əvvəl birgə keçirdiyimiz tədbir artıq yekunlaşıb. Burada AFFA və Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər. Gələn il Gürcüstanın beş şəhərində bu layihə həyata keçiriləcək. Bütün seminarlara Azərbaycandan nümayəndələr çağıracağıq ki, onların bu sahədə təcrübələri olsun. AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevlə danışıqlarda bu barədə razılığa gəlmişik.
- Azərbaycanda hazırda görülən işləri necə qiymətləndirirsiniz?
- Azərbaycan Avropada nüfuzunu xeyli artırıb. Misal üçün “Atletiko” ilə müqavilə imzalanıb. SOCAR şirkəti Avropa çempionatının sponsoru olub. Avropada görürlər ki, ciddi işlər görürlər. Bu layihədə əsas məqamlardan biri də odur ki, layihə konflikt olan ölkələrdə fəaliyyət göstərir. Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin bir istəyi də SOCAR-ın bizim əsas sponsorumuz olmasıdır.
- Azərbaycanda Açıq Əyləncəli Futbol Məktəblərində nə qədər insan məşğul olur?
- Ölkənizdə bu il 18 məktəb fəaliyyət göstərib. Hər məktəbdə 192 uşaq, 24 müəllim və assistent məşğul olur. O məktəblərdən ikisində məqsəd odur ki, ora cəlb olunanların 50 faizi 7-12 yaşlı, futbolla məşğul olmayan və imkansız uşaqlar olsunlar. Eyni zamanda uşaqların 30 faizi qızlar olmalıdır.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0