“Tottenhem”də qalmaqal
26.11.2013 - 15:01
“Tottenhem”də qalmaqal
İngiltərənin “Tottenhem” klubunda münaqişə baş verib. Apasport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın bir qrup futbolçusu baş məşqçi Andre Villaş-Boaşdan rəhbərliyə şikayət ediblər.

Buna səbəb isə İngiltərə Premyer Liqasının XII turunda “Mançester Siti”yə 0:6 hesabı ilə uduzduqdan sonra gənc çalışdırıcının oyunçuları sərt şəkildə tənqid etməsidir. Baş məşqçinin sözlərini həzm edə bilməyənlər ondan şikayətçi olmağı məqsədəuyğun sayıblar.
Qeyd edək ki, “Mançester Siti”yə səfərdə biabırçı məğlubiyyətdən sonra Villaş-Boaş futbolçuların buna görə utanıb, xəcalət çəkməli olduqlarını söyləmişdi.