“Berti Foqts uğur qazanacağımıza inanmırdı”
26.11.2013 - 17:07
“Berti Foqts uğur qazanacağımıza inanmırdı”
Çempionlar Liqasının finalına vəsiqə qazanmaq karyeramda önəmli hadisədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Bayer” klubunun sabiq baş məşqçisi Klaus Topmöller deyib.

2001-2003-cü illərdə rəhbərlik etdiyi Leverkuzen təmsilçisini qitənin ən nüfuzlu klub turnirinin finalına çıxaran təcrübəli mütəxəssis Britaniya mətbuatına müsahibəsində ötən günləri xatırlayıb.

O, söhbət əsnasında bildirib ki, millimizin baş məşqçisi Berti Foqts onun rəhbərlik etdiyi “Bayer”in uğur qazanacağına inanmırmış: “Berti Foqts həmin vaxt televiziyada şərhçi kimi çalışırdı. Mövsümün əvvəlində dedi ki, bizim Çempionlar Liqasında və ölkə birinciliyində heç bir şansımız yoxdur. O, Bundesliqada 2001/02 mövsümünü ən yaxşı halda 7-ci pillədə başa vuracağımızı proqnozlaşdırmışdı”.

Qeyd edək ki, 2001/02 mövsümü “Bayer” üçün uğurlu alınıb. Çempionlar Liqasının finalında “Real”a uduzan leverkuzenlilər ölkə birinciliyində də gümüş medal qazanıb.