Pərdis Fərcad-Azad: Saqqız çeynəməmişəm, amma cəzalanmışam
26.11.2013 - 17:26
Pərdis Fərcad-Azad: Saqqız çeynəməmişəm, amma cəzalanmışam
Milli komandamızın hücumçusu Pərdis Fərcad-Azadın noyabrın 15-də Estoniya ilə oyun öncəsi dövlət himnimiz ifa olunarkən saqqız çeynəməsi cəzasız qalmayıb. Apasport.az saytının futbolçunun məxsus olduğu “Sumqayıt” klubundan əldə etdiyi məlumata görə, Almaniya doğumlu oyunçu maliyyə cəzasına layiq görülüb.

Onsuz da “Sumqayıt”ın digər futbolçuları kimi son ayın maaşından 30 faiz məhrum olan 25 yaşlı oyunçu indi alacağı məbləğdən də məhrum olmaq məcburiyyətində qalıb. Yeri gəlmişkən, bu məsələ ilə bağlı Fərcad-Azadın da fikrini öyrənməyə çalışdıq. Futbolçu bu haqda danışmaq istəmədiyini bildirdi: “Mən saqqız çeynəməmişəm. Klub tərəfindən cəzalandırılmışam. Ancaq bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, klubun daxili sirri olaraq sanksiyanın həcmi açıqlanmır.