İlk oyunda heç-heçə
26.11.2013 - 18:44
İlk oyunda heç-heçə
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı baş məşqçi Patrisiya Qonzalesin yetirmələri Türkiyə yığması ilə görüşüb.

Ölkəmizə 2 yoxlama oyunu keçirmək üçün gələn “ay-ulduzlular”la “Bayıl Arena”da baş tutan ilk matçda qalib müəyyənləşməyib – 1:1. Millimizin qoluna Melis Sarıaltın imza atıb.

Qeyd edək ki, Azərbaycan və Türkiyə yığmaları noyabrın 28-də yenidən üz-üzə gələcək. Eyni məkanda baş tutacaq matç saat 16:30-da başlayacaq.