Müller Rusiya millisindən çəkinir
26.11.2013 - 20:58
"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində MOİK-lə keçiriləcək oyun öncəsi maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən mətbuat konfransında alman futbolçu Rusiya millisi ilə bağlı da danışıb.
Müller 2014-ci ildə Braziliyada təşkil olunacaq dünya çempionatında almaniya yığmasının futbolçusu olaraq Rusiya ilə üz-üzə gəlmək istəmədiyini deyib: “Ümid edirəm ki, biz dünya çempionatında Rusiya millisi ilə qarşılaşmayacağıq. Çünki siz güclü komandaya sahibsiniz. MOİK-lə oyuna gəldikdə isə, biz qol vurmağa və qalib gəlməyə çalışacağıq. Baxmayaraq ki, İqor Akinfeyev güclü qapıçıdır”.
Qeyd edək ki, MOİK - “Bavariya” qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0