Flavinyonun tövbəsi
27.11.2013 - 13:00
Flavio Aleks Valensiyo, qısaca Flavinyonun xəbəri varmı ya yox, bilmirəm. “Neftçi”nin rəsmi saytında onun açıqlaması yer alıb. Braziliyalı artıq neçənci dəfədir rəqib futbolçuların bilərəkdən ona qarşı kobud oynadıqlarını dilə gətirib, üsyan edir.
Deyir ki, bu qəddarlığın nədən qaynaqlandığını bilmir. Karyerasında aldığı üç qırmızı vərəqədən ikisini niyə məhz Rəhim Həsənovun ona göstərməsindən də baş açmır. Sonuncu turda “İnter”lə matçın gedişində bir neçə dəfə ona qarşı kobudluq edildiyini desə də, referi gülməklə kifayətlənib.
Sual edir Flavinyo: Bu cür hallara hələ nə qədər dözməliyəm? “Başqa çempionatlarda matçın taleyini aparıcı futbolçular həll edir, Azərbaycanda isə qarşılaşmanın hakimi ön plana çıxır” – bunu da o deyib. Adamın inanmağı gəlmir. Bu cür qərəzli idarəçiliyin fonunda “Neftçi” ardıcıl 3 dəfə çempion olubsa, demək ki, həqiqətən xalq komandasıdır. Həm rəqiblərə, həm də hakimlərə qarşı oynamağı nəinki bizim başqa klublar, canım sənə desin, heç “Real” və “Barselona” da bacarmaz.
Flavinyo düz deyir, bu cür hallara ədalətli qiymət verilməlidir. Özünün söylədiyi kimi, cəzalanmalı olan varsa, o da baş hakim və “sambaçı”ya qarşı antifutbol oynayan futbolçulardır.
Haqq-ədalət öz yerini tapacaqmı, tapmayacaqmı bilmirəm. Amma Flavinyonun ədalətsizliyə göz yummamağı təqdirəlayiq haldır. Afərin! Belə başa düşürəm ki, braziliyalı “Neftçi”nin rəsmi saytına bir növ tövbə ocağı kimi baxır, arabir rahatlanmaq üçün ürəyini boşaldır. Gərginlikdən, mənəvi yükdən azad olmaq üçün sınanmış, xeyirli vasitədir.
Zira, elə şeylər var ki, Flavinyo onları dilə gətirməkdə çəkinir. Nəinki “Neftçi”nin saytına, heç Bakıdakı kilsələrin birində gizlicə ürəyini boşaltmağa, tövbə etməyə qorxur. Ancaq Braziliyaya dönən kimi, ilk işi burada yaşadıqlarını danışmaq, bulaşdığı günahlardan tövbə etmək olacaq. Yaxşı fikirdir, mütləq et!
Biz birini əksik, birini artıq bilə bilərik. Ancaq sən işin içində olmusan, çox şeydən xəbərdarsan. Mən ancaq hamıya məlum olan bəzi olayları xatırlada bilərəm ki, qulağında sırğa edəsən, unutmayasan.
Müqəddəs atanın yanına girəndə, istəyirsən söhbətə Əfqan Həmzəyevlə başla. Bəzi hakimlərin sənə qarşı edilən kobudluqlara göz yumduqlarını, onun isə referi yox, mələk olduğunu söylə. Söz vaxtına çəkər, sonuncu turda “İnter”lə səfər matçında səni meydandan qovan, “Neftçi”nin əleyhinə azı 20 yanlış qərar çıxardan, sizi uduzduran Rəhim Həsənovdan o ki var şikayətçi ol. Ardınca de ki, Həmzəyev, həmin o mələk 2010/11 mövsümündə “Şəfa”da baş tutan matçda sənin Filip Despatovskini təpikləməyinə göz yummuşdu. Üstəlik, yanlış penalti qərarı ilə “İnter”i qələbədən məhrum etdiyini, “Neftçi”yə 1 xal qazandırdığını da diqqətə çatdır.
De ki, Həmzəyev elə oğlan idi ki, elə həmin mövsüm AZAL-ı məğlub edib, çempionluğumuzu rəsmiləşdirəndə, bizi qapıda gözləyənlər arasında idi. Sadıq Sadıqovun boynuna necə sarıldığını, “maç-maç, quc-qucquc”ları ətraflı təsvir elə. Hamının Rəhim qədər qəddar olmadığını, Azərbaycanda çempionat oyunu idarə edən referinin hansısa klubun prezidentinə, futbolçularına qoşulub, qələbəni bayram etməsinə normal baxıldığını da de.
Təkcə Əfqan Həmzəyev müqəddəs atanı kövrəltməyə yetərli olmasa, Anar Salmanovdan söz aç. Bildiyin nə varsa, danış. İki il öncə ölkə kubokunun 1/4 finalında “Xəzər Lənkəran”a 3:4 hesabı ilə uduzduğunuz matçı da xatırlat. De ki, etdiyim simulyasiyalar öz yerində, Salmanov Kamran Ağayevi dirsəyimlə vurmağıma göz yumdu.
Anarın gözündə problem-filan olmadığını da söylə, birdən səhv başa düşər. Sübut kimi də ötən mövsüm ölkə kubokunun yarımfinalında “Qarabağ”la ev matçını önə qoy.
Çəkinmə, cərimə meydançasından kənarda özünü yerə atmağına rəğmən, Salmanovun dərhal rəqibin əleyhinə fit çaldığını bildir. De ki, sən artistlik edib, komandana cərimə zərbəsi qazandırdığını düşündüyün halda, referi penalti nöqtəsini göstərdi. And-aman et, and-aman et ki, 11 metrə almaq üçün yıxılmamışdın.
Anar Salmanovu zibilə saldığını da boynuna al. De ki, o, ölkənin ən perspektivli hakimi idi. Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına təyinat alacaq potensiala sahib olduğunu da vurğula. Onu sənin ayağısürüşkənliyinin, Azərbaycan futbolunda çirkli oyunlara qol qoyanların məhv etdiyini bildir. Ən yaxşısı, buradan gedəndə, bir çox görüşlərin videoyazısı özünlə götür. Birdən müqəddəs ata sənə inanmaz, meydanda olduğu kimi, pərdə arxasında da aktyorluq, bir növ simulyasiya etdiyini düşünər. Onda diskləri sürüşdür ona tərəf. Qoy, hər şeyi öz gözləri ilə görsün.
İnsan özü meydanda ayaqda ola-ola, ruhun bədəni necə tərk etdiyini də xəbər al. Əminəm ki, sonuncu ölkə kubokunun finalında Əliyar Ağayevin Saşa Stamenkoviçin hərəkətlərini hansı qüvvənin təsiri ilə müqəvva qismində seyr etməsi mənim kimi, sənə də maraqlıdır.
Tövbə etmək heç vaxt gec deyil. Tanrı bağışlayandı. Bilirəm, ürəyində çox şey, hədindən artıq böyük yük var. Mən onlardan bir neçəsini sözgəlişi xatırlatdım. Sən nə görmüsən, nə yaşamısansa, hamısını de. Eşidirsən, Flavinyo?! Hamısını, hamısını mütləq de...
ŞAMO

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0