Arif İsayev “Dənizlispor”dan uzaqlaşdırıldı
27.11.2013 - 15:39
Türkiyənin “Dənizlispor” klubu Azərbaycan millisinin sabiq üzvü Arif İsayevlə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, bu barədə klub prezidenti Mehmet Özsoy məlumat verib.
Dənizli təmsilçisinin başqanı yerli mətbuata açıqlamasında Arif İsayevlə yanaşı, makedoniyalı Bayram Fetaini də göndərdiklərini bildirib.
Daha öncə komandanın baş məşqçisi Yusuf Şimşək İsayev və Fetainin səviyyəsinin onları qane etmədiyini, hər iki futbolçunun qovulacağını bildirmişdi.
Qeyd edək ki, Arif İsayev ötən mövsüm qış fasiləsində “Dənizlispor”a transfer olunmuşdu. Hazırda Türkiyə təmsilçisinin heyətində daha bir həmyerlimiz – Saşa Yunisoğlu yer alıb.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0