Luis Hilario: Bakıya 3 xal dalınca yollanacağıq
27.11.2013 - 17:39
"Çox sevincliyəm ki, "Qəbələ"də 3-cü mövsümümü keçirirəm. Artıq çempionatda 75 matçda meydanda yer almışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Luis Paulo Hilario deyib.
Dodo kimi tanınan yarımmüdafiəçi Topaz Premyer Liqasının XIV turunun AZAL-la oyununda meydana çıxmaqla çempionatda 75-ci dəfə forma geyinib. Cənubi amerikalı klubun saytına verdiyi açıqlamada hədəfləri haqda danışıb: "Qəbələ" mənim üçün çox doğmalaşıb. Amma bu klubda hədəflərim böyükdür. Qəbələdə daha böyük yubileylər qeyd etmək istərdim. Azarkeşlərimizi çox sevirəm. Onlarla özəl münasibətimiz var. Meydançada və ondan kənarda etdiklərimiz bizim sevilməyimizi və ya əksinə, nifrət qazanmağımızı şərtləndirir. Mən pozitiv insanam, daim gözəl şeylər barədə düşünürəm”.
Dodo bildirib ki, meydançada təslim olmağı sevmir: “Komandam üçün sona kimi ürəklə döyüşürəm. Bu amillər azarkeşlər üçün çox vacibdir. "Qəbələ" ildən ilə dəyişir, inkişaf edir. Komandamızın heyətinə güclü futbolçular cəlb olunur. Təcrübəli və hər dəfə yeni bir şey öyrəndiyimiz baş məşqçimiz var. İnanıram ki, bu kollektivlə böyük uğurlara imza atacağıq. O ki, qaldı növbəti matça - "Rəvan"la qarşılaşmaya rəqibimiz aşağı pillələrdə olsa da, son turlarda daha yaxşı oyunla yadda qalır. Bizi çətin və gərgin matç gözləyir. Bakıya 3 xal dalınca yollanacağıq".

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0