“Azərbaycan millisində çalışmaq təklifi almışdım”
27.11.2013 - 18:05
“Mən Ukrayna, Rusiya, Türkiyə və hətta Azərbaycandan çalışmaq təklifi almışdım”. Apasport.az Ukraynanın fanat.ua saytına istinadən xəbər verir ki, bunu Əlcəzair yığma komandasının bosniyalı baş məşqçisi Vahid Halilhociç deyib.
61 yaşlı çalışdırıcı Əlcəzair millisini uzun fasilədən sonra dünya çempionatına çıxarıb. “Trabzonspor”un sabiq çalışdırıcısı olan Halilhociç AFFA-dan milli komandanı çalışdırmaqla bağlı təklif aldığını qeyd edib. Onun sözlərinə görə, ölkəmizdən gələn təklif çox cəlbedici olsa da, qəbul etməyib: “Fikrimcə, sonuncu təklif çox heyrətamiz idi. Ancaq məsələnin maliyyə tərəfi mənim üçün o qədər də vacib deyildi. Hazırkı durumda məsələnin idman tərəfi mənim üçün daha çox önəmlidir. Mən titullar qazanmaq istəyirəm”.
Qeyd edək ki, AFFA hazırda müqaviləsi başa çatan Berti Foqtsun yerinə namizəd axtarışındadır.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0