Yılmaz Vural İngiltərə klubunda?
27.11.2013 - 20:55
Yılmaz Vural İngiltərə klubunda?
Adı Azərbaycan milli komandası və “Neftçi”nin baş məşqçisi postunda hallanan tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə yerli “Daily Mail” nəşri məlumat yayıb.

Qəzetdə yer alan xəbərə görə, İngiltərəyə gedərək danışıqlar aparan Vural “Arsenal” – “Soutqempton” matçını da canlı izləyib.

Bu barədə Türkiyə mətbuatına danışan 60 yaşlı çalışdırıcı da yayılan xəbərləri doğrulayıb. Premyer Liqa təmsilçisindən təklif aldığını deyən Vural hazırda həmin komandanın baş məşqçi postunda başqa birinin işlədiyini və bu səbəbdən də klubun adını çəkmək istəmədiyini bildirib: “Premyer Liqa klubunun prezidenti ilə görüşdüm və bu barədə danışdıq. Klub rəhbəri hazırkı baş məşqçiləri ilə ayrılma qüzrə olduqlarını dedi. İndi bu klubun adını çəksən düzgün olmaz. İnşallah danışıqlarımız müsbət nəticələnər. Əgər bu keçid baş tutsa, ilk dəfə bir türk baş məşqçi İngiltərədə çalışacaq”.

Qeyd edək ki, Türkiyədə 23 klubda çalışan Vuralın son iş yeri “Elazığspor” olub.