“Balotelli van Basten, Şevçenko kimi futbolçuların ancaq çanta daşıyanı ola bilərdi”
27.11.2013 - 22:41
“Balotelli van Basten, Şevçenko kimi futbolçuların ancaq çanta daşıyanı ola bilərdi”
“Milan”ın sabiq futbolçusu Zvonimir Boban Mario Balotelli haqqında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “Sky Sport”a xorvatiyalı keçmiş yarımmüdafiəçi gənc hücumçunu tənqid edib.

Boban Balotelinin oyununun həddən artıq şişirdildiyini deyib: “Balotelli haqqında çox danışılır. Onun karyerası ərzində qazandığı uğur digər klubların ehtiyat oyunçular skamyasında əyləşməkdir. O mənim vaxtımda oynasaydı, Marko van Basten, Corc Vea və Andrey Şevçenko kimi futbolçuların ancaq çanta daşıyanı ola bilərdi. “Milan” Mario üçün hər zaman böyük klub olacaq. Şıltaq hərəkətləri “Milan”da çıxış etməyin dəyərini anlaya bilmədiyinin göstəricisidir. Marsel Desayi, Paolo Maldini və Franko Baresi onu görsə, şillələyərdi. ”

Boban “Milan”ın digər futbolçusu Kaka haqqında da danışıb: “Kaka Çempionlar Liqasını, dünya kubokunu qazanmış və “Qızıl Top” mükafatına layiq görülmüş futbolçudur. Amm, o, gənc oyunçu kimi çox çalışır, meydanın hər yerində mübarizə aparır. Balotelli Kakaya baxıb, nümunə götürməlidir”.

Qeyd edək ki, Zvonimir Boban 1992–2001-ci illər ərzində İtaliya klubunda çıxış edib.