“Mançini baş məşqçidirsə, mən də Mourinyoyam”
28.11.2013 - 04:42
“Mançini baş məşqçidirsə, mən də Mourinyoyam”
Türkiyə millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Nihat Kahveci “Qalatasaray”ın “Real”a 1:4 hesablı məğlubiyyətindən danışıb. Apasport.az saytının məlumatına görə, keçmiş yarımmüdafiəçi “sarı-qırmızılılar”ın baş məşqçisi Roberto Mançinini tənqid atəşinə tutub:

“Mançini baş məşqçidirsə, mən də Mourinyoyam. Gör, “Qalatasaray”ı nə günə saldı. Fatih Terim bir dənədir. Mənə deməyin ki, komandanı Mançini qurdu. O, bu komandaya nə verdi? Artıq əcnəbi baş məşqçi sevgisindən imtina etməliyik. Terimin vaxtında 6:1 hesabı ilə uduzduq, amma bu dəfə Ronaldosuz və 10 nəfərlə oynayan “Real” qarşısında heç nə edə bilmədik. Yenə də qrupdan çıxmaq şansı olan “Qalatasaray”a “Yuventus”la oyunda uğurlar arzulayıram”.

Qeyd edək ki, ötən mövsüm futbolçu karyerasını başa vuran Kahveci hazırda İspaniya təmsilçisi “Vilyarreal”ın aşağı yaş qrupları üzrə komandasında məşqçi işləyir.