Üç vəsiqə sahibini tapdı
28.11.2013 - 09:03
Çempionlar Liqasının 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun ikinci oyun günü İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və Fransanın PSJ klublarının növbəti mərhələyə vəsiqəni təmin etməsi ilə əlamətdar olub.
Mançester təmsilçisi Almaniyada “Bayer”i 5 cavabsız qolla məğlub edərək A qrupunun ilk xoşbəxti olub. Türkiyənin “Qalatasaray” klubunu 4:1 hesabı ilə məğlub edən “Real” isə B qrupunda 1-ci yeri təmin edib. Yunanıstan “Olimpiakos”unu 2:1 hesabı ilə üstələyən PSJ isə C qrupunun ən yaxşısı olub.
Bununla da qrup mərhələsinin son turu ərəfəsində 1/8 finala vəsiqə qazananların sayı 8-ə çatıb. Son qarşılaşmalar vəsiqələrin yarısının sahibini müəyyənləşdirəcək. Son 3 xoşbəxtə qədər “Atletiko”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə) və “Bavariya” (Almaniya) qrup mərhələsini uğurla keçmişdi.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0