Bu dəfə məğlubiyyət – YENİLƏNİB
28.11.2013 - 18:36
Bu dəfə məğlubiyyət – YENİLƏNİB
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Patrisiya Qonzalesin yetirmələri Türkiyə yığması ilə yoxlama görüşündə qüvvəsini sınayıb.

Bayıl stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. Belə ki, matç Yaşam Göksunun 87-ci dəqiqədə vurduğu qol sayəsində qonaqların xeyrinə başa çatıb.

Qeyd edək ki, bu komandalar noyabrın 26-da da eyni məkanda üz-üzə gəlmişdi. Həmin matçda qalib müəyyənləşməmişdi – 1:1.



19 yaşadək qızlardan ibarət yığmaların yoldaşlıq oyunu

AZƏRBAYCAN – TÜRKİYƏ - 0:1
“Bayıl Arena” stadionu