“Neftçi” yarımcan, “Xəzər” Toşaksız, liderin çətin səfəri
28.11.2013 - 11:22
“Neftçi” yarımcan, “Xəzər” Toşaksız, liderin çətin səfəri
Sabah Topaz Premyer Liqasında XV turun görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, gələn həftə Azərbaycan kubokunun qarşılaşmaları keçiriləcəyindən, bu dəfə tur həftə başa çatmamış yekunlaşacaq. Sabah 1 oyunu baş tutacaq turun digər 4 qarşılaşması şənbə gününə təyin olunub.

Həftənin ilk görüşündə liderlər qrupunda qərarlaşan “Qəbələ” autsayder “Rəvan”ın qonağı olacaq. Qalib gəlməklə zirvəyə şərik olmaq imkanı olan əyalət təmsilçisi matçın aşkar favoritidir. Ardıcıl 9 turdur qələbə qazana bilməyən bakılılar 2 matçdır qapısını toxunulmaz saxlayan Yuri Syominin komandasını indiyədək evdə uda bilməyib.

Ertəsi gün tur mərkəzi qarşılaşma ilə başlayacaq. Liderlərdən ibarət “üçlüy”ün arxasında olan “Bakı” ilə “İnter” paytaxt derbisində qüvvəsini sınayacaq. Son 4 matçda uduzmayan “bankirlər” rəqibini məğlub etməklə arxada qoya bilər. Mövsümün ən məhsuldar komandalarından olan rəqiblərin görüşündəki qələbə liderlərə yaxınlaşmaq imkanı verəcək.

Neçə vaxtdır qələbə qazana bilməyənlərin Lənkərandakı dueli meydan sahiblərinin Con Toşaksız ilk sınağı olacaq. Ardıcıl 4 uğursuz matçdan sonra uelslini istefaya göndərən “Xəzər Lənkəran”ı AZAL-la görüşə yeni baş məşqçi Mustafa Dənizlinin, yoxsa köməkçilərinin çıxaracağı hələlik dəqiqləşməyib. AZAL isə 9 turluq qələbə həsrətinə son qoymağa çalışacaq.

Ötən tur uduzmaqla şərikli liderliyini itirən “Neftçi” isə autsayderi sınağa çəkəcək. İlk dövrədə “Sumqayıt”ı uda bilməyən bakılılar ev oyununa yarımcan vəziyyətdə çıxacaq. Braziliyalı oyunçuları Flavinyo və Denis Silvanın qırmızı, Mahir Şükürovun sarı vərəqə limiti üzündən oynamamağı “ağ-qaralar”a əlavə çətinlik yarada bilər.

Premyer Liqanın vahid lideri “Qarabağ”ın işi isə daha çətindir. Qurban Qurbanovun yetirmələri Zaqatalada “Simurq”un qonağı olacaq. İlk dövrədə rəqibinin müqavimətini qıra bilməyən ağdamlılar özü üçün münasib sayılmayan komanda ilə səfərdə görüşəcək. Bu matç “Simurq”un cari mövsümdə Zaqatalada keçirəcəyi ilk görüşdür. Arenadakı təmirlə əlaqədar matçlarını kənarda keçirməli olan Georgi Çixradzenin yetirmələri nəhayət doğma publika önünə çıxacaq.

Topaz Premyer Liqası
XV tur
29 noyabr (cümə)


19:00. “Rəvan” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev
“Bayıl Arena” stadionu
I dövrədəki oyun – 0:3

30 noyabr (şənbə)

14:00. “Bakı” – “İnter”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu,
I dövrədəki oyun – 2:2

17:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov
“Xəzər Lənkəran” mərkəzi stadionu
I dövrədəki oyun – 3:1

17:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov
Zaqatala şəhər stadionu
I dövrədəki oyun – 0:0

17:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
I dövrədəki oyun – 0:0


komandaoqhmtx
1
Qarabağ
14
8
5
1
25-8
29
2
Neftçi
14
8
4
2
21-12
28
3
Qəbələ
14
8
2
4
21-13
26
4
Bakı
14
6
3
5
25-16
21
5
İnter
14
6
2
6
24-19
20
6
Simurq14
4
6
4
12-12
18
7
AZAL
14
4
5
5
12-17
17
8
Xəzər L
14
3
5
6
10-20
14
9
Rəvan
14
1
6
7
8-25
9
10
Sumqayıt
14
1
4
9
6-22
7

Bombardir: Vaqif Cavadov (İnter) - 7 qol