Yığmamızın Ermənistanla harada oynayacağı bilindi
28.11.2013 - 14:04
Yığmamızın Ermənistanla harada oynayacağı bilindi
19 yaşadək futbolçulardan ibarət milli komandamızın 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarını harda keçirəcəyinə aydınlıq gəlib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, 4-cü qrupun qarşılaşmaları Macarıstanda təşkil olunacaq.

Bu qrupun oyunlarının keçiriləcəyi tarix də məlumdur. Matçlar 2014-cü il noyabrın 10-dan 15-dək keçiriləcək.

Qeyd edək ki, püşkün nəticəsinə əsasən, yığmamız Slovakiya, Macarıstan və Ermənistan milliləri ilə bir qrupda mübarizə aparacaq.