İqor Ponomaryov: Mənə qarşı ayrı-seçkilik edirlər - MÜSAHİBƏ
28.11.2013 - 15:03
Azərbaycanlı Olimpiya çempionu, milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryovun apasport.az saytına müsahibəsi
- Azərbaycandan İsveçə yeni qayıtmısınız. Vətəndə olduğunuz müddətdə sizin “Bakı” klubuna idman-direktoru təyin olunacağınız söylənilirdi. Məsələ hələ də açıq qalır?
- Hələlik heç kimi görməmişəm və bu yöndə hər hansı danışıq aparmamışam.
- Ümumiyyətlə, belə bir variant varmı?
- Rəsmi bir şey yoxdur, heç kimdən bu cür təklif almamışam. Belə çox söz danışmaq olar. Amma əsas məsələ reallıqdır.
- “Bakı”nın İspaniyanın “Atletiko” və Fransanın “Lans” klubları ilə əməkdaşlıq layihəsində iştirak edirsiniz. Bu, necə baş verdi?
- Klub prezidenti Hafiz Məmmədovun dəvəti ilə layihəyə qatıldım. İsgəndər Cavadovla birgə bəzi oyunları izlədik, müəyyən görüşlər keçirtdik.
- Bundan sonra da sizi “Bakı”nın təmsilçisi qismində görə biləcəyik?
- Ümid edirəm. İnsanlara inanmaq lazımdır, düzdür?
- Əlbəttə. Siz “Xəzər Lənkəran”ın vitse-prezidenti postunu tərk edən zaman məşqçi işləmək üçün belə bir addım atdığınızı söyləmişdiniz. Ancaq yenidən idarəçi qismində çalışmaq ehtimalınız var...
- Faydalı ola biləcəyim işin qulpundan yapışmaq istəyirəm. Azərbaycanda, öz vətənimdə çalışmaq niyyətim var. Başqa yerdə iş axtarmıram.
- 2009-cu ildə “Xəzər Lənkəran”dan ayrılandan bəri işsizsiniz. Necə düşünürsünüz, niyə bu qədər uzun müddət ərzində İqor Ponomaryovun xidmətinə ehtiyac duyan olmayıb?
- Çünki soyadım Ponomaryovdur...
- Nəyə görə bu cür düşünürsünüz? Bəyəm, milliyətcə rus olduğunuz üçün sizə qarşı ayrı-seçkilik edilir?
- Mən nələrin baş verdiyini görürəm. Başa düşürsünüz? Azərbaycana, “Neftçi”yə hər zaman sadiq olmağıma rəğmən, mənə qarşı ayrı-seçkilik edildiyini düşünməyimə əsas verən səbəblər olur.
- Məsələn, nə? Axı Azərbaycanda sizə qarşı həmişə yaxşı münasibət olub. Milli komandamızın, üstəlik, 2 klubumuzun – “Qarabağ” və “Xəzər Lənkəran”ın baş məşqçisi işləməyiniz buna bariz sübutdur...
- Razıyam, məni özünə doğma sayanlar yetərincədir. Ancaq hərdən elə şeylər olur ki... Bəzi maneələr olmasaydı, indi bu cür söhbət etməzdik, vəziyyət başqa cür alınardı.
- Düşünmürsünüz ki, işlədiyiniz yerlərdə nəzərəçarpacaq uğur qazanmadığınız üçün hazırda işsizsiniz?
- İşlədiyim yerlərdə heç kimi məyus etməmişəm. Milli mənim vaxtımda yaxşı futbol nümayiş etdirirdi, “Qarabağ”la çempionatın başa çatmasına 3 tur qalmış lider idik, Lənkəranda da şərtlərə uyğun nəticə verdik, 4-cü olduq. Yenə deyirəm, mən həmişə düzgün, vətənə sadiq olmuşam. İndi kimlərsə nəsə başqa şeylər danışa bilər. Ancaq mən Azərbaycanda qalmaq, işləmək istəyirdim. İsveçə ürəyim istədiyi üçün yollanmadım.
- Belə başa düşdük ki, hələ məşqçilik karyeranızı bitirmək barədə düşünmürsünüz...
- Baş məşqçi işi olacaq, baş məşqçi işləyəcəyəm. İdarəçilikdə yer almağımla bağlı münasib təklif olacaq, orda çalışacağam. Belə...
- Millimizin baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti başa çatır. Yenidən yığmanı çalışdırmaq istəyərdiniz?
- Məni heç vaxt yığmanın baş məşqçisi qoymazlar. İnsanlar məni namizəd qismində görürlərsə, onlara təşəkkür edirəm. Ancaq bu, alınan iş deyil.
- Necə düşünürsünüz, millimizə yerli, yoxsa əcnəbi mütəxəssis rəhbərlik etməlidir?
- Yığma komandanı çalışdıracaq səviyyədə bir neçə məşqçi var. Seçim elə də böyük deyil. Ağasəlim Mircavadov, Qurban Qurbanov və Nazim Süleymanovun adlarını çəkə bilərəm, vəssalam!
- Oğlunuz Anatoli nə işlə məşğuldur? Menecerlik fəaliyyətini davam etdirir?
- Xeyir, futbolçu karyerasının bitirəndən sonra özünə başqa iş qurub. Şəxsi biznesi var.
ŞAMO

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0