Mustafa Dənizli: O, ailəmdən birinin həyatını qurtardı
28.11.2013 - 15:41
Həftəsonu “Xəzər Lənkəran”la rəsmi müqavilə bağlayacaq Mustafa Dənizli iş yeri seçimində şəxsi əlaqələrə üstünlük verən bir şəxsdir. Apasport.az saytı xəbər verir ki, “ağ-yaşıllar”ın baş məşqçisi təyin ediləcək türkiyəli çalışdırıcı heç vaxt maddi məsələləri ön planda tutmur.
Türkiyəli həmkarlarımız Dənizlinin Azərbaycana gəlməyə razılıq verməsində “Xəzər Lənkəran”ın fəxri prezidentinin Mübariz Mənsimov olmasını həlledici amil sayırlar.
Təcrübəli mütəxəssisin son iş yeri olan “Çaykur Rizəspor”a rəhbərlik etməsinin səbəbi isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan olub.
Belə ki, yaxınlarda “CNN Türk”də yayımlanan bir proqrama qatılan Dənizli bu ifadələri işlədib: “Baş nazirə vicdani borcumu ödəmək üçün “Çaykur Rizəspor”a getdim. O, ailəmdən birinin həyatını qurtardı”.
Qeyd edək ki, “Çaykur Rizəspor” ötən mövsüm Türkiyə çempionatının I divizionunda qızıl medallara sahib çıxaraq, elitaya vəsiqə qazanıb. Lakin Superliqada çıxış edəcək klubun büdcəsi ilə bağlı müzakirələr zamanı Dənizli ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb. Nəticədə təcrübəli mütəxəssis “Çaykur Rizəspor”u çalışdırmaqdan vaz keçib.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0