“Azərbaycan yığması Avropanın elit komandaları sırasına aid deyil”
28.11.2013 - 18:00
“Sevindirici haldır ki, seçmə mərhələyə biz ev sahibliyi edəcəyik. Belə turnirlərdə öz meydanında oynamaq böyük üstünlükdür”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın 19 yaşadək futbol komandasının baş məşqçisi İştvan Pişont deyib.
2015-ci ildə Yunanıstanda keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsində rəqiblərimizdən olan Macarıstan millisinin çalışdırıcısı şanslarını dəyərləndirib. Frankfurt “Ayntraxt”ının sabiq futbolçusu olan 43 yaşlı məşqçi elit mərhələyə çıxacaqlarına əmin olduğunu bildirib: “Rəqiblərimiz Avropanın elit komandaları sırasına aid deyil. Ancaq biz bütün 3 yığmaya hörmətlə yanaşırıq. Mən artıq bir nəticəyə gəlmişəm ki, bu səviyyədə asan rəqib olmur. Məqsədimiz aydındır. Elit mərhələyə çıxmaq üçün mübarizə aparmalıyıq. Fikrimcə, hər hansı bir gözlənilməz halla qarşılaşmasaq, biz bu məqsədə çatacağıq. Bu yaş qrupunda olan uşaqlar sonuncu Avropa çempionatında iştirak edib. Ona görə də növbəti dəfə bu uşaqlarla ora qatılmaq istəyirik. Final mərhələsinə qatılmaq üçün isə oyunumuzu yaxşılaşdırmalı və mübarizə aparmalıyıq”.
Qeyd edək ki, millimizin yer aldığı 4-cü qrupda Macarıstanla yanaşı, Slovakiya və Ermənistan yığmaları da mübarizə aparacaq.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0