“Ən yaxşı olduğumu anlamaq üçün “Qızıl Top”a ehtiyacım yoxdur”
28.11.2013 - 21:46
İsveç millisinin və PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç “Qızıl Top” mükafatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 32 yaşlı hücumçu ən yaxşı olduğunu anlamaq üçün bu mükafata ehtiyacı olmadığını deyib:
“Ən yaxşı olduğumu anlamaq üçün “Qızıl Top”a ehtiyacım yoxdur. Bu mükafat daha çox FİFA-nın bəyəndiyi bəzi futbolçular üçün dəyərlidir. Bu mükafatı almasam, yuxularım qaçmaz”.
Qeyd edək ki, son 4 ildə Lionel Messinin layiq görüldüyü “Qızıl Top” mükafatı baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşir. Bu ilki qalibin adı isə gələn il yanvarın 13-də açıqlanacaq. 2013-cü ilin ən yaxşısı olmaq uğrunda aşağıdakı futbolçular mübarizə aparacaqlar:
Lionel Messi (Argentina), Kriştianu Ronaldo (Portuqaliya), Zlatan İbrahimoviç (İsveç), Qaret Beyl (Uels) Luis Suares, Edinson Kavani (hər ikisi Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Andres İnyesta, Xavi (hər ikisi İspaniya), Filipp Lam, Bastian Şvaynştayger, Mesut Özil, Tomas Müller, Manuel Noyer (hamısı Almaniya), Robert Levandovski (Polşa), Tiaqo Silva, Neymar (Braziliya), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Robin van Persi, Aryen Robben (hər ikisi Hollandiya) və Yaya Ture (Kot d`İuvar).

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0