“Xəzər Lənkəran”ın məşqində nə baş verdi?
28.11.2013 - 23:28
Topaz Premyer Liqasının XV turunda AZAL klubunu “Fırtınalar meydanı”da qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün stadionun əsas meydançasında növbəti məşqini keçirib.
Covanni Melkiorenin rəhbərliyində taktiki çalışmalar planı üzrə tərtib edilmiş məşq prosesi saat yarım davam edib. Müdafiəçilərin və yarımmüdafiəçilərin ayrı ayrılıqda hücumçularla anlaşmalarına hesablanmış xətlərarası xüsusi çalışmalar, həmçinin uzaq və yaxın məsafələrdən ötürmələr sonrası ani hücumların qurulması üzrə intensiv hazırlıqlar məşqin əsas hissəsini təşkil edib. Yeni baş məşqçinin yolunu gözləyən komanda üzvlərinin hazırlıq prosesində həvəslə çalışması da diqqət çəkib.
Onu da əlavə edək ki, Mustafa Dənizlinin noyabrın 29-da Lənkəranda olacağı gözlənilir.
Mənbə: 12cioyuncu.info

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0