Patrisiya Qonsales: Alınan nəticələri qənaətbəxş hesab edirəm
29.11.2013 - 01:29
Ötən gün 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü çərçivəsində Türkiyəyə 0:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Patrisiya Qonsales oyundan sonra açıqlamasında minimal hesablı məğlubiyyəti dəyərləndirib:
“Hər iki oyunda qeydə alınan nəticələri qənaətbəxş hesab edirəm. Yeni komanda formalaşdırmışıq. İki oyunda bir qol vurduq. Əslində, oyunlar hesaba görə olmadı. Türkiyə millisi həm fiziki, həm də texniki cəhətdən bizdən üstün idi. Bildiyiniz kimi, bizdə U-19 liqası yeni yaradılıb. Buna görə futbolçuların fiziki hazırlığı yüksək səviyyədə deyil. Bizim heyətimiz əsasən 1996-97-ci il təvəllüdlü futbolçulardan qurulub. Türkiyə yığması isə elit-raunda hazırlaşdığından heyətində 1995-ci il təvəllüdlü futbolçular vardı”.
Qeyd edək ki, bu komandalar noyabrın 26-da da eyni məkanda üz-üzə gəlmişdi. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatmışdı.
Mənbə: affa.az

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0