Adrian Pit qayıtdı
29.11.2013 - 02:14
Adrian Pit qayıtdı
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının XV turundakı AZAL-la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Con Toşakın dövründə əsas komandadan uzaqlaşdırılan Adrian Pit də geri qaytarılıb. Rumıniyalı yarımmüdafiəçi ötən gün uzun fasilədən sonra əsas heyətlə məşqlərə başlayıb.

Qeyd edək ki, Pitin AZAL-la oyunda meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil.

Mənbə: lankaranfc.com