“Azərbaycan yığmasını bəyəndim”
29.11.2013 - 03:44
Ötən gün 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü çərçivəsində Türkiyəyə 0:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, qardaş ölkə komandasının baş məşqçisi Talat Tuncel oyunla bağlı açıqlama verib:
“Azərbaycanda olmaqdan böyük məmnunluq hissi duyuruq. Yüksək səviyyədə qonaqpərvərliyə görə təşəkkür edirik. İlk oyunda başabaş mübarizə getdi. İkinci qarşılaşmada isə mübarizə əsasən meydanın rəqibə aid hissəsində keçdi. Qol vurmaqda çətinlik çəkirik. Sonda standart vəziyyətdən fərqləndik. Aprel ayında Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacağımız üçün yaşca böyük futbolçuların xidmətindən yararlanmağa məcbur olduq. Bu oyunlar hər iki komanda üçün yaxşı hazırlıq idi. Azərbaycan yığmasını bəyəndim. Azərbaycan və Türkiyə qadın futbolunda inkişafda olan ölkələrdir”.
.
Qeyd edək ki, bu komandalar arasında noyabrın 26-da da eyni məkanda (“Bayıl Arena”) keçirilən görüş 1:1 hesablı bərabərliklə başa çatmışdı.
Mənbə: affa.az

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0