“Onun “Azərbaycan millisinə gedirdim” kimi sözlər işlətməməsi lazımdır”
29.11.2013 - 10:17
“Yılmaz hocanın nəinki Türkiyə, eləcə də Almaniya, İngiltərə milli komandalarında işləməsini çox istəyən insanlardan biriyəm. Amma belə boşuna xəbərlərlə ictimaiyyəti aldatmağın da bir mənası yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu türkiyəli məşqçi Giray Bulak deyib.
“Trabzonspor”un sabiq baş məşqçisi olan Bulak Türkiyə mətbuatına verdiyi müsahibəsində Yılmaz Vuralın adının İngiltərə Premyer Liqa təmsilçisi “Kardiff Siti” ilə çəkilməsinə münasibət bildirib. 55 yaşlı məşqçinin fikrincə, Vuralın özünü bu cür reklam etməsi ona inamı azaldır.
Bulak Vuralın sentyabrda ölkəmizə gəlişini də bu cür yalançı reklamlar arasına daxil edib: “Ora peşə və ya başqa baxımdan gedə bilərsiniz. Əgər bu yazılanlarda həqiqət payı yoxdursa, qayıtdığınız zaman inandırıcı ola bilmirsən. İnandırıcı ola bilmədiyinizdə isə insanlar, məşqçilər adama fərqli gözlə baxır. Məncə, Yılmaz hocanın daha ciddi şeylərlə çalışması lazımdır. Yəni onun “Ali Şen (“Fənərbaxça”nın Aziz Yıldırımdan əvvəlki prezidenti – red.) mənə məşqçilik təklif etmişdi”, “Azərbaycana milli komandaya gedirdim, sonra ortaya başqa bir şey çıxdı” kimi sözləri işlətməməsi lazımdır. Yılmaz hoca mənim yoldaşım, qardaşım, çox yaxşı dostumdur. Amma bu işlər belə olmaz”.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0