“Yaxşı ki, ermənilərlə eyni qrupa düşdük”
29.11.2013 - 13:12
19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində Ermənistanla bir qrupa düşüb. Apasport.az saytı 2006-cı ilin oktyabrın 27-də erməniləri 2:1 hesabı ilə məğlub etdiyi görüşdə baş məşqçi olmuş Arif Əsədovdan müsahibə götürüb.
- 8 ildən sonra U-19 yığmaları səviyyəsində yenidən Ermənistanla qarşılaşacağıq. Bu xəbəri mətbuatdan oxuyanda keçmiş xatirələriniz canlanmadı ki?
- Bu oyundan öncə 6 ay “Gəncə”də Şahin Diniyevin köməkçisi olmuşdum. Ancaq baş məşqçi kimi ilk debütüm U-19-da olub. Bəxtimdən ilk rəsmi matçımı Ermənistana qarşı keçirməli idim. Püşkatma zamanı ermənilər bizimlə düşəndə hamı deyirdi ki, belə psixoloji bir məqamda komandaya gənc məşqçinin tapşırılması düzgün deyildi. Ancaq özümə inanırdım. Rusiyada Valeri Qazzayevin rəhbərliyi altında Vladiqafqaz “Spartak”ında oynamışdım. SSRİ-nin aşağı yaş qrupları üzrə yığmalarında Boris İqnatyev, Azərbaycan səviyyəsində Əhməd Ələsgərov, Ağasəlim Mircavadov, Kazbek Tuayevin hərəsindən özümə bir şey götürmüşdüm. Bilirdim ki, karyeramın sonlarıdır, onların rəhbərliyi altında oynayarkən məşqçiliyə aid cızma-qara edirdim. Məhz bu təcrübə mənə həmin matçda çox kömək oldu.
- Onda köməkçiləriniz kim idi? Xatırlaya bilirsinizmi?
- Məndə Rafiq Mirzəyev idi... Digərlərini xatırlamıram. Deyəsən, bir köməkçim vardı.
- Bəs qrupumuzdakı rəqibləri xatırlaya bilirsiniz?
- Onda da indiki qrupla oxşarlıq vardı. O vaxt da Macarıstan və Ermənistanla bir qrupda idik. Sadəcə, indi Slovakiyanın yerinə onda 3-cü rəqibimiz Kipr idi. Oyunlar Kiprdə keçirilirdi.
- Həmin qarşılaşma haqda nə deyə bilərsiniz?
- Oyunda böyük gərginlik vardı. 42-ci dəqiqədə qapımızdan qol buraxmışdıq. Fasiləyə çıxanda bizdə böyük psixoloji sarsıntı vardı. Bəzi futbolçularımız ağlayırdı. Ancaq əks tərəfdə isə böyük sevinc, qışqırtı səsləri var idi. Sanki dünya çempionu olmuşdular. O anda qısa bir vaxt ərzində uşaqlarda özünəinamı yaratmaq və onları belə psixoloji sarsıntıdan çıxartmaq lazım idi. İlk 45 dəqiqədə rəqibi tanımırdıq. Ancaq onların ilk hissədəki çıxışını görəndən sonra fasilədən sonra oyun üslubumuzda bəzi dəyişikliklər etdim. Uşaqlara tapşırıq verdim ki, rəqibi öz meydanında sıxsınlar və ilk 10 dəqiqə ərzində heç olmasa, hesabı bərabərləşdirək. Futbolçularımız da bunun öhdəsindən gəldi. Fərid Həşimzadə və Nizami Hacıyevin qolları ilə hesabda önə keçdik. Oyun Kiprdə keçirildiyindən, ermənilərin orda təxminən 100 azarkeşi vardı. Bizi isə ancaq AFFA-nın nümayəndələri dəstəkləyirdi. Hesabda önə keçdikdən sonra erməni azarkeşlərdən biri meydançaya daxil olaraq Cavid Hüseynovu arxadan vurdu. Bu isə gərginliyi bir qədər də artırdı. Təxminən 25 dəqiqə oyun dayandırıldı. Yalnız polislərin müdaxiləsindən sonra oyun davam etdirildi.
- Bu olay təxminən neçənci dəqiqədə baş verdi?
- Azarkeşin meydana girməsi Nizaminin qolundan dərhal sonra oldu. Hardasa 53-55-ci dəqiqələr idi. Polislər yalnız meydançanın kənarlarını plastik qoruyucularla tutduqdan sonra oyun davam etdirildi. Ermənilərlə bir oteldə qalırdıq. Futbolçular arasında elə bir gərginlik yox idi. Sadəcə, azarkeşlər bir qədər vəziyyəti gərginləşdirirdi. Sonradan bilindi ki, həmin azarkeşlər qeyri-qanuni yolla Kiprə gəliblərmiş. Onlar vizasız bu ölkəyə gəldiklərinə görə, cəzaçəkmə müəssisəsinə salındılar.
- Adətən Kiprdə keçirilən oyunlarda ermənilər bizim bayrağımızı yandırmağa və ya qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırmağa cəhd edir. Orda belə bir hal yaşanmadı ki?
- Yox, belə bir şey olmadı. Ancaq himnimiz səslənərkən onların azarkeşləri xoşagəlməz hərəkətlər etdi. Ermənilər müxtəlif alətlər vasitəsilə səs çıxarırdılar ki, himnimiz eşidilməsin. Bununla da oyun qabağı təzyiq yaratdılar.
- Arabir həmin görüntülərə baxıb köhnə xatirələrə dalırsınızmı? Ümumiyyətlə, bu oyunun video kaseti sizdə varmı?
- Kaset var, hərdən baxıram. “Youtube”da da var. Həmin heyətin oyunçuları indiki əsas komandanın 70-80 faizini təşkil edir. Ermənistanla düşməsəydik, yəqin ki, həmin uğurumuz yada da salınmayacaqdı. Təəssüflər olsun ki, bu milli səviyyəsində olan oyun həmişə unudulub. Yaxşı oldu ki, bir qrupa düşməklə həmin matç da xatırlanmış oldu. Özü də Ermənistanla o vaxt bir qrupa düşəndə indiki kimi sakitlik deyildi. Onda gərginlik daha çox idi. Çünki eyni vaxtda əsas millimizin yer aldığı qrupa da Ermənistan düşmüşdü.
Səbuhi TOFİQOĞLU

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0