“Ermənistanla qarşılaşmaya adi oyun kimi baxmaq lazımdır”
29.11.2013 - 13:58
“2006-cı ildə də Macarıstan yığması güclü idi. Ümumiyyətlə, onların uşaq futbolu yüksək səviyyədədir”. Bunu apasport.az saytına 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Arif Əsədov deyib.
2006-cı ildə Avropa çempionatının seçmə mərhələsində U-19 məhz Arif Əsədovun rəhbərliyi altında Ermənistan millisini 2:1 hesabı ilə məğlub edib. Bu dəfə də onun U-19-la ermənilər önünə çıxma şansı var. Ancaq buna AFFA rəhbərliyi qərar verməlidir. Belə ki, ola bilsin ki, Əsədov yeni yaradılacaq U-20-ni çalışdırsın: “Avropada U-19-da oynayanların 80 faizi klublarında daim yarışlarda iştirak edir. Bizdə isə bu baxımdan fərqlidir. Komanda formalaşdırarkən çətinlik çəkirsən. Ötən dəfə də müsahibəmdə demişəm ki, bizdə arada U-18 və U-20 olmadığı üçün bəzi çətinliklər yaranır. Çünki U-17-dən U-19-a həmin futbolçular gələndə 1 il ərzində onlar itirlər. Bu baxımdan məcburuq ki, 1996/97-ci il təvəllüdlülərdən ibarət yeni komanda yaradaq”.
Ancaq Əsədovun özü də yenidən U-19-un baş məşqçi postunda qalmaqda istəkli görünür: “Hazırda U-19-un baş məşqçisi postu ilə bağlı durğunluqdur. Heç bir məşqçi ilə müqavilə bağlanmayıb. Bildiyiniz kimi, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirə komandanı yaxşı tanıdığı üçün Nikolay Adam aparacaq. Birinci bu məsələ müəyyənləşməlidir ki, U-19-u seçmə mərhələyə kim hazırlaşdıracaq. Ermənistanla qarşılaşmaya adi oyun kimi baxmaq lazımdır. Hələ bu oyuna 10-11 ay vaxt var. Püşkatmadan öncə öz fikirlərimi, təkliflərimi AFFA rəhbərliyinə bildirmişəm. Komandada qalıb-qalmayacağım məsələsi hələ açıq qalır”.
Qeyd edək ki, millimiz 2006-cı ildə Ermənistan üzərində əzmkar qələbə qazanarkən komandamızın qələbə memarları Fərid Həşimzadə ilə Nizami Hacıyev olmuşdu.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0