“Nizami Hacıyevdə irəliləyiş var, amma “Poqon”a lazım deyil”
29.11.2013 - 15:06
Azərbaycan yığmasının sabiq futbolçusu Nizami Hacıyevin gizli Polşa macəralarının təfərrüatına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Şərqi Avropa ölkəsinin klublarından birində baxışda olan yarımmüdafiəçi yenidən “Poqon”a yollanıbmış.
Bu haqda danışmaq istəməyən Nizaminin Polşa səfərinin təfərrüatın açıqlamamağı da səbəbsiz deyil. Məsələ ondadır ki, 1 il əvvəl də onu sınayan Şetsin təmsilçisi yenə Hacıyevi saxlamaqda maraqlı deyil. Elə buna görə də futbolçu yenidən “Qəbələ”nin düşərgəsinə qayıdıb.
Düzdür, klub futbolçumuzla bağlı mövqeyini hələ açıqlamayıb. Lakin polşalı həmkarlarımızın onun haqda qələmə aldığı yazı nikbin düşünməyə əsas vermir: “Nizami Hacıyev artıq ikinci dəfədir “Poqon”a baxışa gəlir. Futbolçu klub rəhbərliyinin etimadını qazanmağa çalışıb. Həmin vaxt onun haqda rəylər pis olmasa da, sonda vətəninə qayıtdı. Sonrakı 1 ildə isə “İnter” və “Qəbələ”də çıxış edib. Son günlərdə Nizami “Poqon”un əvəzedici komandası ilə məşq keçirdi. Çərşənbə günü isə əsas komandanın hazırlıqlarına qatıldı. Obyektiv olsaq, onun məşqçi Dariuş Vdovçikin etimadını qazanması çətin olacaq. Çünki azərbaycanlı legioner özünü o qədər də yaxşı tərəfdən də göstərə bilməyib. Lakin onun oyununda irəliləyiş var”.
Qeyd edək ki, Nizami cari mövsüm Topaz Premyer Liqasında 11 oyunda cəmi 570 dəqiqə meydanda olub.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0