Milinko Pantiçin fikrincə...
29.11.2013 - 17:41
Milinko Pantiçin fikrincə...
“Mənə elə gəlir ki, bu, ilin ən çətin oyunu olacaq. “İnter” fərqli sistemlə çıxış edən özünəməxsus üslubu olan çətin komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

“Bakı” sabah Topaz Premyer Liqasının XV turu çərçivəsində “İnter”i qəbul edəcək. Görüş ərəfəsində klubun rəsmi saytına danışan serbiyalı mütəxəssis bunları deyib: “Oyunlarına baxanda bütün mövqelərin işlədiyini görmək olar. Üstəlik, qol imkanlarından səmərəli istifadə edə bilirlər. Bu komandaya hörmətlə yanaşıram. Onlar indi yüksəlişdədirlər. Baxmayaraq ki, çempionatın əvvəlində rəqib aşağı pillələrdə qərar tuturdu, indi tədricən, üst mövqelərə qalxmaları onların həqiqətən də güclü olduğunu göstərir”.

Qeyd edək ki, ilk dövrədə “İnter”lə “Bakı” arasında keçirilən oyun heç-heçə yekunlaşıb (2:2).