“Xəzər Lənkəran”ın imicini qorumalıyıq”
29.11.2013 - 17:54
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- Komandanız Topaz Premyer Liqasının XV turunda sabah AZAL-la qarşılaşacaq. Oyuna hazırlıq necə gedir, məşqlərə kim başçılıq edir?
- Hazırlıq planında ciddi problemimiz yoxdur. Oyuna ciddi hazırlaşırıq. Məşqlərə Con Toşakın istefasından sonra Emin Quliyevlə fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorre rəhbərlik edir. Hər şey qaydasındadır. Oyunun məsuliyyətini dərk edirik. Təbii ki, qələbə qazanmaq, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik.
- Con Toşakın istefası komanda üzvlərinin psixoloji durumuna necə təsir edib?
- Deməzdim ki, ciddi bir dəyişiklik baş verib. Sadəcə, turnir cədvəlindəki mövqeyimiz heç də yaxşı deyil. Komanda çoxdandır qələbə sevinci yaşamır. Bunu düzəltməliyik. Artıq qələbələr qazanıb, azarkeşlərimizi sevindirməli, xal ehtiyatımızı artırmalıyıq. Vacib olan bunları etməkdir.
- AZAL da çoxdandır qələbə qazana bilmir. Vaqif Sadıqovun yetirmələri sonuncu dəfə 3 xal sevincini yaşamır. Paytaxt klubu sonuncu dəfə V turda “Qarabağ”ı udub. Onların bu uğursuz statistikası xeyrinizə ola bilərmi?
- AZAL çox yaxşı komandadır. Onlara qarşı mübarizə aparmaq heç də asan deyil. Atletik futbola üstünlük verirlər. İstənilən komandaya qarşı oynamağı bacarırlar. Əzmkar kollektivdir. Bizə qarşı da mübarizə aparacaqlar. Ancaq qələbədən başqa yolumuz yoxdur. Uşaqlar bütün gücünü səfərbər edəcəklər ki, meydanı 3 xalla tərk edən tərəf biz olaq. Buna inanırıq və məqsədimizə nail olmaq üçün sona qədər mübarizə aparacağıq.
- Komandanı oyuna baş məşqçinin kökləməsi ilə köməkçi məşqçilərin hazırlaması arasında fərq var. Baş məşqçinin yoxluğu hiss olunurmu?
- Düzdür, müəyyən mənada hiss olunur. Lakin uşaqlar da öz üzərinə düşən işin məsuliyyətini bilir. Baş məşqçimiz istefa versə də, heyət üzvləri komandanın adı uğrunda “vuruşmalı”dırlar. Hamımız “Xəzər Lənkəran”ın imicini qorumalıyıq.
- Necə fikirləşirsiz, AZAL-la matçda futbolçular arasında Toşakın yanlış seçim olduğunu sübut etmək istəyində olanlar olacaqmı?
- Belə bir hadisənin baş verəcəyinə inanmıram. Çünki komanda yoldaşlarım arasında kimdəsə bunu müşahidə etməmişəm. Digər yandan, heç kimin daxilinə əminliklə bələd deyiləm. Sadəcə, oyunumuz alınmırdı, qol vura bilmirdik ki, qələbə qazanaq.
- Bəs oyununuz niyə alınmırdı? Problem nədə idi?
- Belə götürəndə ciddi problemimiz yox idi. Komandada hər şey yüksək səviyyədə idi. Ola bilsin, bəxtsizlik qələbə qazanmağımıza mane olurdu.
- Yeni baş məşqçinin kim olacağı müəyyənləşib. Mustafa Dənizlinin Lənkərana gəlişi müqavilənin imzalanmasına görə yubanır. Yeni çalışdırıcı haqda nə deyə bilərsən?
- Mustafa Dənizli Türkiyənin sayılıb-seçilən mütəxəssislərindən biridir. Qardaş ölkənin ən güclü klublarında çalışıb. Aşağı dəstə təmsilçilərində işləyən zaman isə həmin komandanı Superliqaya yüksəldib. Ümid edirik ki, “Xəzər Lənkəran”ı da layiq olduğu yerlərə daşıyacaq.
- Dənizlini “Xəzər Lənkəran” üçün uğurlu saymaq olarmı?
- Əlbəttə, uğurlu seçimdir. Təcrübəli mütəxəssisdir, nəticələri ürəkaçandır.
- Onun təyinatından sonra komanda yenidən iddialılar sırasına qoşula biləcəkmi?
- İnşallah, qoşularıq.
- Amma liderdən 15 xal geri qalırsınız. Bu fərqi “əritmək” asan olmayacaq…
- Düzdür, liderlər qrupundan çox geri qalmışıq. Ancaq çempionatın yarısı hələ qabaqdadır. Bütün komandalarla ən azı iki dəfə qarşılaşacağıq. Ümidimizi üzməmişik. Sona qədər mübarizə aparacağıq. Bu futboldur, hər şey ola bilər.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0