“Qaraçala”ya qarşı oynamış futbolçu “Fair Play”ə layiq görüldü
29.11.2013 - 18:14
Həvəskar futbolçular arasında keçirilən Regionlar Kubokunun 2012/13 mövsümünün “Fair Play” mükafatçısının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, şimali irlandiyalı Ceyms Kallidir.
Bu futbolçu ötən mövsüm sözügedən turnirdə ölkəmizi həvəskarlar arasında keçirilən çempionatın qalibi kimi təmsil edən “Qaraçala”ya yaxşı tanışdır. Belə ki, Salyan təmsilçisi Regionlar Kubokunun final mərhələsində son oyununu məhz Kallinin kapitanı olduğu Şimali İrlandiyanın Şərq Regionu komandasına qarşı keçirmişdi. Bu qarşılaşmada adalılar 5:2 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, “Qaraçala” “Qaradağ Lökbatan”ın hazırkı baş məşqçisi Adil Mahmudovun rəhbərliyi altında peşəkar futbolçularla iştirak etdiyindən, final mərhələsinə 100 faizli nəticə ilə vəsiqə qazanmışdı. Lakin sonradan final mərhələsində əsl həvəskarlar oynadığından, təmsilçimiz bütün qarşılaşmalarda meydanı məğlubiyyətlə tərk etmişdi.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0