Təmsilçimiz Xorvatiya çempionu ilə qarşılaşacaq
29.11.2013 - 19:17
UEFA Regionlar Kubokunun püşkatması keçirilib. Apasport.az saytının UEFA-nın saytına istinadən verdiyi məlumata görə, əvvəlcə aşağı reytinqə malik 8 komanda arasında püşk atılıb.
Bu komandalar 2 qrupa bölünüb və iyun-iyul aylarında ilkin təsnifat mərhələsində mübarizə aparacaq. A qrupunun oyunları 2014-cü ilin iyulun 23-27, B qrupunku isə iyunun 15-19-da keçiriləcək. Qrup qalibləri turnirin aralıq mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.
Aralıq mərhələsində iştirak edəcəyi dəqiq olan 30 komandanın da püşkü atılıb. Ölkəmizi bu turnirdə təmsil edəcək olan klub 1-ci qrupda çıxış edəcək. Rəqiblər isə Xorvatiya, Latviya və ilkin təsnifat mərhələsindəki A qrupunun qalibi (Uels, Estoniya, Qazaxıstan, İsveç) olacaq. 1-ci qrupun oyunlarının vaxtı müəyyənləşməsə də, qarşılaşmaların Xorvatiyada keçirilməsi dəqiqləşib.
Bu mərhələnin oyunlarına 2014-cü ilin dekabrın 15-nə kimi yekun vurulacaq. 8 qrupun qalibi 2015-ci ilin iyun ayının son 2 həftəsindən birində final mərhələsinin 2 qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, hələ ki, ölkəmizi həvəskarlar arasında keçirilən bu turnirdə hansı klubun təmsil edəcəyi bilinmir. Ötən mövsüm Salyanın “Qaraçala” klubu turnirin final mərhələsinə qatılmaqla yeniliyə imza atmışdı. Turnirin sonuncu qalibi isə həlledici mərhələnin A qrupunun oyununda “Qaraçala”nı 1:0 məğlub edən İtaliyanın “Veneto” klubu olmuşdu.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0