Şahin Diniyev: Yuri Syominlə aramızda mübahisə olmadı
29.11.2013 - 21:26
“Həm sürətli, həm də aqressiv futbol izlədik. Fikrimcə, komandam son turların ən yaxşı oyununu göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli calışdırıcı Topaz Premyer Liqasının XV turu çərçivəsindəki 0:1 hesablı “Qəbələ” məğlubiyyətini dəyərləndirib: “Heyətimizdə oyunun gedişini dəyişəcək oyunçu yoxdur. Kamananın yüksək ustalıq səviyyəsi oyunun taleyini həll etdi. Hakimlik də yüksək səviyyədə idi. Yuri Syominlə aramızda mübahisə olmadı. Sadəcə bildirdim ki, oyunda hakim var, o, hər şeyi görür, bizim müdaxilə etməyimiz düzgün deyil”.
Mənbə: pfl.az

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0