Maldini “Milan”a qayıdır
29.11.2013 - 22:26
"Milan"ın əfsanəvi futbolçusu Paolo Maldini klubdakı vəzifəsindən istefa vermiş vitse-prezident Adriano Qallianini əvəzləyə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
Məlumatlara görə rəhbərlik artıq 45 yaşlı keçmiş müdafiəçi ilə danışıqlara başlayıb. Bu keçidin yaxın günlərdə baş tutacağı deyilir.
Qeyd edək ki, Maldini futbolçu karyerası ərzində "Milan" klubunda 902 oyun keçirib və 33 qol vurub. Bundan əlavə o, "rossonyerlər"in heyətində yeddiqat İtaliya çempionu (1987-88, 1991-92, 1992-93, 1993-94, 1995-96, 1998-99, 2003-04) və beşqat Çempionlar Liqasının qalibi olub (1988-89, 1989-90, 1993-94, 2002-03, 2006-07).

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0