Azərbaycan çempionatında Balkan koloniyası var
30.11.2013 - 12:32
Bosniya və Herseqovina mətbuatı Premyer Liqamızda Balkan koloniyasının olduğunu düşünür. Apasport.az saytının məlumatına görə, həmkarlarımız bu yarımadadan çox sayda futbolçunun ölkəmizdə çıxış etdiyini qeyd edir.
Belə ki, “Qarabağ”da bunların sayı 2-dir. Bunlar qapıçılar - xorvatiyalı Miro Varvodiçlə “Jelezniçar”ın sabiq kapitanı İbrahim Şehiçdir. AZAL-a qədər Bosniya və Herseqovinanın “Slaviya” və “Sarayevo” klublarında çıxış etmiş serbiyalı müdafiəçi Branislav Arseniyeviç, eləcə də onun həmyerlisi və komanda yoldaşı Vladimir Boqdanoviç yaddan çıxarılmayıb.
“Sarayevo”nun sabiq müdafiəçisi Dilaver Zrnanoviç və Sarayevo “Olimpik”inin keçmiş yarımmüdafiəçisi Nenad Kisonun bosniyalı olduğu və “Simurq”da çıxış etdikləri vurğulanıb. Balkan yarımadasından “Neftçi”nin əsas qapıçısı serbiyalı Saşa Stamenkoviçin də də adı çəkilib. Bundan başqa, vaxtilə “Şiroki Briyeq”də çıxış etmiş argentinalı hücumçu Xuan Vareanın “Rəvan”a bu komandadan keçdiyi bildirilib.
Qeyd edək ki, bosniyalılar belə futbolçuların hamısını qeyd etməyib. Məsələn, “Qəbələ”də sloveniyalı Deyan Kelharla serbiyalı Nikola Valentiç, “İnter”də xorvatiyalı Matiya Şpiçiçlə bolqarıstanlı Daniel Genovun olduğu unudurulub.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0