Mustafa Dənizli “Xəzər Lənkəran”la müqavilə bağlamağa gəlir
30.11.2013 - 13:00
Mustafa Dənizli bu gün və ya sabah rəsmən “Xəzər Lənkəran”ın baş məşqçisi ola bilər. Apasport.az saytının əldə etdiyi məlumata görə, tanınmış türkiyəli çalışdırıcı bu gün Lənkəranda olacaq.
O, Premyer Liqanın XV turunda bu gün keçiriləcək AZAL ilə qarşılaşmanı klub rəhbərliyi ilə birgə izləyəcək. Qarşılaşma başa çatdıqdan sonra isə Dənizli ilə klub prezidenti Mais Mənsimov arasında müqavilənin detallarına dair müzakirə aparılacaq. Görüş əsnasında hər iki tərəf qarşıya qoyulan məqsədlərə birgə çatmağın yolları üzərində də söhbət edəcək.
Bundan sonra isə rəsmi müqaviləyə imza atılması gözlənilir. Ola bilsin ki, məsələlərin sənəd üzərində rəsmiləşməsi prosesi sabaha da keçirilsin. Hələ ki, tərəflər arasındakı müqavilənin müddətinin nə qədər olacağı açıqlanmır.
Qeyd edək ki, “Xəzər Lənkəran”ı AZAL ilə görüşə italiyalı fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və Emin Quliyev çıxaracaq. Turnir cədvəlində qonşu olan tərəflərin qarşılaşması saat 17:00-da gerçəkləşəcək.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0