Bakıda keçiriləcək Avropa çempionatının iştirakçılarının sayı artırıldı
30.11.2013 - 14:12
Bakıda keçiriləcək Avropa çempionatının iştirakçılarının sayı artırıldı
UEFA 17 yaşadək futbolçular arasında 2015-ci ildə Bolqarıstanda keçiriləcək Avropa çempionatında yenilikdən yararlanacaq. Apasport.az saytının məlumatına görə, UEFA-nın keçirdiyi məhz bu çempionatda ilk dəfə komandaların sayı 8-dən 16-ya yüksəldiləcək.

Bu isə millimizin də qitə çempionatına çıxması üçün əla şans yaradır. Belə ki, ilkin seçmə mərhələdə U-17-nin rəqibləri Belçika, İsveçrə, Bosniya və Herseqovinadır. Oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək qrup oyunlarında ilk 2 sıranı tuta bilsə və ya 13 qrupda ən yaxşı 3-cü yeri tutan 5 ən yaxşı komandadan biri ola bilsə, bu kateqoriyada olan millimiz uzun müddətdən sonra elit mərhələyə vəsiqə qazanacaq.

Elit mərhələdə 31 komanda və ən yüksək reytinqə malik olan Almaniya 8 qrupa bölünəcək. Ən pis nəticə göstərən 2-ci pillənin sahibi istisna olmaqla digər qruplarda ilk 2 sıranı tutan 15 komanda meydan sahibi Bolqarıstanla birgə final mərhələsində mübarizə aparmaq üçün vəsiqə əldə edəcək. 2003-2014-cü illər aralığında keçirilən Avropa çempionatlarından fərqli, bu dəfə 2 yox, 4 qrup olacaq.

Qeyd edək ki, 2016-cı ildə U-17-lər arasında keçiriləcək Avropa çempionatı isə postsovet məkanında ilk dəfə ölkəmizdə baş tutacaq. Bu isə o deməkdir ki, Bakıya 7 yox, 15 komanda gələcək.