“Bakı” daha bir ilkə imza atacaq
30.11.2013 - 16:01
“Bakı” daha bir ilkə imza atacaq
“Bakı”nın qış fasiləsində harda hazırlıq keçəcəyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, klublarımızdan ilk dəfə “zolaqlılar” Pireney yarımadasında təlim-məşq toplanışı keçəcək.

Ölkə olaraq bu, İspaniya olacaq. Hələ toplanışın tam proqramı təsdiqlənmədiyindən, hazırlıqların konkret məkanı müəyyənləşməyib. Ancaq bunun Madrid və ya paytaxtətrafı şəhərlərdən biri olacağı gözlənilir.

Qeyd edək ki, Türkiyəni seçən digər klublarımızdan fərqli, “Bakı”nın İspaniyanı seçməsi heç də əbəs deyil. Madrid “Atletiko”su ilə əməkdaşlıq edən paytaxt təmsilçisi bunun nəticəsi olaraq həmin klubun aşağı yaş qruplarından Milinko Pantiçi özünə baş məşqçi təyin edib. Bundan başqa, komandada 4 ispaniyalı futbolçu var.