Mustafa Dənizli və Oğuz Çətin Lənkəranda – FOTO
30.11.2013 - 18:06
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi olacaq Mustafa Dənizli artıq Lənkərandadır. Apasport.az saytının məlumatına görə, təcrübəli məşqçi bu gün günorta saatlarında köməkçisi olacaq Oğuz Çətinlə birgə özəl təyyarə ilə cənub şəhərinə gəlib.
Onları hava limanında “Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayev və klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu qarşılayıb. Daha sonra məşqçilər onlar üçün xüsusi ayrılmış avtomobillə hava limanını tərk edib.
Hazırda Dənizli ilə Çətin birgə “Xəzər Lənkəran” – AZAL matçını izləməkdədir. Bu qarşılaşmadan sonra onların “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşəcəyi, bağlanacaq müqavilənin xırda detallarını müzakirə edəcəyi gözlənilir. Ancaq müqavilənin bağlanması prosesi sabah da baş tuta bilər.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0