Sxadadzenin başında sınıq aşkar olundu - YENİLƏNİB
30.11.2013 - 19:30
Sxadadzenin başında sınıq aşkar olundu - YENİLƏNİB
“Bakı” – “İnter” oyununda qonaq komandanın hücumçusu Baçana Sxadadze ciddi həyati əhəmiyyət kəsb edən zədə alıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın gedişində gürcüstanlı futbolçunun başı meydan sahiblərinin braziliyalı müdafiəçisi Ettonun dirsəyinə tuş gəlib.

Nəticədə Sxadadze oyundan sonra xəstəxanalardan birinə aparılıb. Məlum olub ki, baş məşqçi Kaxaber Sxadadzenin oğlunun beyni silkələnib. Onun vəziyyətinin nə dərəcədə ağır olması tibbi müayinənin nəticələri açıqlandıqdan sonra bilinəcək.

Sxadadzenin vəziyyətinə aydınlıq gəlib. Hazırda “Medical Plaza”da yatan futbolçu 3 gün həkim nəzarətində qalmalıdır. Rentgendən sonra bilinib ki, onun başında sınıq və batıq var. Ancaq futbolçunun əməliyyata ehtiyacı yoxdur. Sxadadze minimum 1 ay məşq edə bilməyəcək. Bu isə o deməkdir ki, gürcü hücumçu bir də qış fasiləsindən sonra meydanda görünəcək.

Qeyd edək ki, bu qarşılaşmada çempionatın bombardiri olan Vaqif Cavadovun yeganə qolu “İnter”ə qələbə qazandırıb.