Milinko Pantiç: Yanvarda komandaya hücümçü dəvət edəcəyik
30.11.2013 - 18:43
Milinko Pantiç: Yanvarda komandaya hücümçü dəvət edəcəyik
“Çoxlu qol epizodundan, penaltidən istifadə edə bilmədik. Qapı tirinə dəyən topumuz var idi”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı məşqçi “İnter”lə oyundan sonra keçirilən mətbuat konfransında rəqibin göstərdiyi futbola uyğun qələbə qazanmadığını düşünür: “Rəqib komandanı təbrik edirəm. Düzdür, bu qələbə onların göstərdiyi oyuna uyğun deyildi. Rəqib sona qədər mübarizə apardı. Onlar bu oyunda bizim səhvimizdən istifadə edib qol vumaq istəyirdi və buna nail oldular. Top qapıya girməyəndə girmir. Növbəti matç kubok oyunudur. “Sumqayıt”la görüşə kimi komandanı hazırlamağa çalışağacam”.

Pantiç qış fasiləsindən forvard alacaqlarını bildirməklə komandasının hücum xəttindən narazılığını ifadə edib: “Rauf Əliyev penalti vurmaq üçün seçilmişdi, milli komandanın oyunçusudur. Çempionat uzun marafondur. May ayında görəcəyik ki, biz haradayıq. Bugünkü məğlubiyyət mənə çox təsir edir. “Neftçi” ilə oyunu yada salsaq, görərik ki, oyunda aparıcı tərəf biz idik. Amma sonda məğlub olduq. Bizim komandada qol vurmaq çatışmır. Komandanın başına iyun ayında gəldim. Transfer edilmiş futbolçular mənim seçimim deyil. Komandaya hücümçu lazımdır. Yanvarda komandaya hücümçü dəvət edəcəyik. Komandamızda hər şey var, qol çatışmır”.