Sxadadze oğlunun başına gələn hadisədən danışdı: Bu, boks deyil
30.11.2013 - 18:49
“Hücumda oyunumuz alınmadı. Ancaq müdafiənin yaxşı intizamlı oyunu sayəsində və əlimizə düşən epizodu qola çevirməklə bu oyunda qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı çalışdırıcı qələbə qazanmalarına baxmayaraq, bu qarşılaşmada komandasının hücum xəttindən narazı qaldığını biruzə verib: “Düzdür, səhvlərimiz çox oldu. Lakin futbolçularım var gücləri ilə çıxış etdilər. Xarakter göstərdik və 3 xal qazandıq. Komandamı təbrik edirəm, irəliyə baxmalıyıq. “Neftçi” ilə yaxşı hücum futbolu oynadıq. Bu gün isə hücumda oyunumuzun niyə alınmadığını müəyyənləşdirməliyik”.
Təbii ki, Sxadadze “Bakı”nın sağ cinah müdafiəçisi Ettonun oğlu Baçananı xəstəxanalıq etməsinə toxunmaya bilməzdi: “Xahiş edirəm ki, bizim futbolçunu dirsəklə vurduqları epizodu aydınlaşdırsınlar. O, beyin silkələnməsi aldı. Heç vaxt futbolçumdan başqa oyunçunu sındırmasını istəməmişəm. Bunu etmək, insanın əlindən çörəyini almaq olmaz. O bunu öz sağlamlığı ilə qazanır. Ümid edirəm ki, İntizam Komitəsi bunu aydınlaşdıracaq. Bu hadisə mənim futbolçumun, oğlumun başına gəldiyi üçün demirəm. Bu, futboldur, boks deyil”.

0
0