“Azərbaycanlı”ların duelindən Yunisoğlu qalib ayrıldı
30.11.2013 - 19:07
“Azərbaycanlı”ların duelindən Yunisoğlu qalib ayrıldı
Milli komandamızın sabiq müdafiəçilərinin duelində qalib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Enduka Usimin çıxış etdiyi “Tavşanlı Linyitspor” doğma azarkeşləri önündə Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor”la bacarmayıb.

1-ci dəqiqədə qonaqlar qırmızı vərəqə alsa da, “Dənizlispor” ilk hissədə vurulan qollarla 2:1 qalib gəlib. Start heyətində meydana çıxan nigeriyalı Usim 75-ci dəqiqədə yarımmüdafiəçi Mərtcan Dəmirərlə əvəzlənib. Yunisoğlu isə həmişəki kimi 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu görüşdə U-21-in qapıçısı Andrey Popoviç “18-liy”ə salınmayıb. Bu qələbədən sonra “Dənizlispor” xalını 18-ə yüksəldərək X pilləyə qalxıb.