3 yox, Mübariz bəy, daha çox!
01.12.2013 - 09:02
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov bir neçə gün öncə Türkiyə mətbuatına geniş müsahibə verib. Nüfuzlu iş adamı söhbət zamanı bir sıra maraqlı açıqlamaları ilə diqqət çəkib. Türkiyə və Azərbaycan arasında münasibətlərdən, Qarabağ problemindən, biznes sahəsində qazandığı uğurlardan tutmuş, üstünlük verdiyi həyat tərzinə qədər bir çox mövzular ətrafında danışan Mənsimov, Azərbaycanda sahibi olduğu futbol klubunu böyük azarkeş ordusunun dəstəklədiyini dilə gətirib.
Mübariz bəy söhbət əsnasında “Xəzər Lənkəran”ın təxminən 3 milyona azarkeşinin olduğunu qeyd edib ki, əslində, bu rəqəm daha böyükdür. Bu komandaya yalnız Cənub bölgəsində yox, ölkəmizin digər ərazilərində, eləcə də, xaricdə yaşayan soydaşlarımızın rəğbət bəslədiyi hər kəsə məlumdur. Daxili yarışlar zamanı yalnız “Xəzər Lənkəran”ın ev oyunlarında tribunalarda izdiham yaşandığı da heç kimə sirr deyil. “Ağ-yaşıllar”ın məşqlərini daha çox insan izləyir, nəinki əksər paytaxt derbilərini. Bu isə peşəkar bir klub adına önəmli bir məqamdır, üstünlükdür.
“Xəzər Lənkəran”ı böyük edən onun azarkeşləridir. Təsadüfi deyil ki, klub rəhbərliyi hər zaman bu amili prioritet sayıb. Atılan addımlar komanda üçün ürəyi yanan, dəstəyini əsirgəməyən insanların istəklərinə hesablanıb. Bu gün klubun beynəlxalq standartlara cavab verən stadionu, hər bir şəraitə malik təlim-məşq bazası, gələcəkdə böyük uğurlara nail olmaq üçün sağlam infrastrukturu var.
Əsl azarkeşləri həmişə komandanın yanındadı. Xüsusən də, sıxıntılı günlərdə. Onların heç vaxt “ağ-yaşıl” rənglərə üz çevirməməklərinin səbəbi klubun idarəçiliyində yer alan şəxslərin səylə çalışdıqlarının, rəhbərliyin komanda üçün heç bir şeyi əsirgəmədiyinin fərqində olmalarıdır.
Bu gün komandanın ev oyunlarında tribunaları dolduranlar yalnız Lənkəran əhli deyil. “Xəzər Lənkəran”ın hazırda Cənub bölgəsini təmsil edən yeganə komanda olması azarkeşlərin ölkə üzrə miqyasını daha böyüdüb. “Fırtınalar meydanı”nda Astara, Masallı, Lerik, Yardımlı ilə yanaşı, Cəlilabad, Salyan, Biləsuvar, Neftçala və digər şəhərlərdən gələn vətəndaşlarımıza rast gəlmək mümkündür. Həmçinin, əslən cənublu olan, lakin hazırda Bakıda və Sumqayıtda yaşayan, təhsil alan, işlə bağlı müvəqqəti məskunlaşan həmyerlilərimizin də ev oyunlarında “ağ-yaşıllar”a dəstək vermək üçün Lənkərana üz tutduqlarını müşahidə edirik.
Azərbaycanda futbol klubların əksəriyyəti azarkeş baxımından ciddi sıxıntı çəkdikləri halda, “Xəzər Lənkəran”ın 8 fan-klubu var. Rəsmi fan-klubula yanaşı, komandanı “Caspian Ultras”, “12-ci oyunçu”, “Bosman”, “Xan Lənkəran”, “Green Gate2” və “Fırtına” dəstəkləyir. “Ağ-yaşıllar”a ölkə xaricində də rəğbət bəsləyən kifayət qədər soydaşımız var. Komandanın Moskva fan-klubunun olması buna bariz sübutdur.
Müasir futbolda milyonlar xərcləyən deyil, yalnız azarkeş ordusuna malik olanlar böyük klub hesab edilə bilərlər. “Xəzər Lənkəran” rəhbərliyi klubun 3 milyondan çox insanın dəstəyi sayəsində sayılıb-seçilənlər arasında olduğunun fərqindədir. Lakin bu, son hədd
deyil, ola da bilməz. “Ağ-yaşıllar”a könül verənlərin sayı durmadan artır. Klubun gələcəyində hesablanmış yatırılan sərmayə və görülən işlər komandanın əldə etdiyi nəticələrdə də öz əksini tapdıqca, tərəfdarların miqyası daha böyüyəcək.
Buna kimsənin şübhəsi olmasın!

0
0