“Qalatasaray”la oyun öncəsi “Yuventus”da ciddi itki
02.12.2013 - 04:25
“Qalatasaray”la oyun öncəsi “Yuventus”da ciddi itki
“Yuventus”un ulduz futbolçusu Andrea Pirlo növbəti matçlarda komandasına kömək etməyə bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi ötən gün İtaliya A Seriyası çərçivəsində keçirilən “Udineze” ilə oyunu zədə səbəbindən yarımçıq tərk edib.

Belə ki, Pirlo oyunun 15-ci dəqiqəsində rəqib futbolçu Andrea Lazzari ilə toqquşub. Bu epizoddan sonra ciddi xəsarət alan 34 yaşlı futbolçu meydançanı tərk etmək məcburiyyətində qalıb. Onun vəziyyəti ilə bağlı hələlik klubdan heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Turin klubu dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qalatasaray”la qarşılaşacaq. İstanbulda keçiriləcək bu oyunda Pirlonun çıxış edib-etməyəcəyi maraqla gözlənilir.