Subaşiç 90 dəqiqə oynadı, komandası yenə üzüldü
02.12.2013 - 09:24
Subaşiç 90 dəqiqə oynadı, komandası yenə üzüldü
Türkiyənin 1-ci dəstəsində XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” ardıcıl 3-cü oyununda qələbə qazana bilməyib.

Milliləşdirilmiş serbiyalı hücumçumuzun komandası evdə “Balıkəsirspor”a minimal hesabla məğlub olub – 0:1. 90 dəqiqə meydanda olan futbolçumuz isə fərqlənə bilməyib. Bununla belə, Subaşiçin komandası turnir cədvəlində liderlik mövqeyini əldən verməyib. “Orduspor” “İstanbul BB” ilə eyni – 29 xala malik olsa da, top fərqinə görə üstün duruma malikdir.

Qeyd edək ki, “Tavşanlı Linyitspor” - “Dənizlispor” oyununda (1:2) Enduka Usim 75, Saşa Yunisoğlu isə 90 dəqiqə çıxış edib. “Dənizlispor” 11-ci, “Tavşanlı Linyitspor” isə yenə 17-ci sıradadır. Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” isə bu tur istirahət edib.